AZ

Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib (FOTO)

Bakı. Trend:

Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplom vətəşəkkürnamələləri ilə təltif edilib.

Tədbirdə Mətbuat Şurasının sədri, agentliyin baş direktorununmüavinləri, xəbər xidmətlərinin rəhbərləri, əməkdaşlar iştirakediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid mediaqurumunun ölkə jurnalistikasının inkişafında, informasiyatəhlükəsizliyinin təminində və peşəkarlıq prinsiplərininqorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki,Trend-in fəaliyyəti həm milli media mühitinin zənginləşməsinə, həmdə Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühümtöhfə verib.

Rəşad Məcid əlavə edib ki, agentliyin peşəkar komandası yenimedia çağırışlarına çevik uyğunlaşaraq, informasiya bazarındaetibarlılıq nümunəsi ortaya qoyub. Onun sözlərinə görə, bu uğurlargələcəkdə də Azərbaycan mediasının inkişafına töhfə verəcək mühümtəcrübədir.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini,Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü SevilMikayılova yubiley tədbirində çıxış edərək bildirib ki,Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə medianıninkişafı hər zaman dövlətin diqqət mərkəzində olub.

"Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraqAzərbaycan jurnalistikasında müxtəlif adlar altında fəaliyyətgöstərən redaksiyaların inkişafı üçün lazım olan mühit yaradılıb.Bu, həmin media qurumlarının özlərini sərbəst hiss etmələrinə vəmüstəqil fəaliyyıt göstərmələrinə şərait yaradıb, ölkəmizin ümumiinkişafına töhfə vermələri ilə nəticələnib. Prezident İlham Əliyevvə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media sahəsinəgöstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanmətbuatı müasir inkişaf yolu ilə gedir və biz hər zaman bu diqqətqayğıya ya görə dövlətimizə minnətdarlığımızı ifadə edirik", - deyəo vurğulayıb.

S.Mikayılova daha sonra bildirib ki, Trend 30 il ərzindəinformasiya məkanında etibarlı xəbər mənbəyi kimi cəmiyyətə xidmətgöstərib, obyektivliyi və operativliyi ilə oxucuların inamınıqazanıb.

Sevil Mikayılova Mətbuat Şurasının göstərdiyi diqqət vədəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə,bu, jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidirvə gələcək fəaliyyət üçün əlavə stimul yaradır.

Daha sonra Rəşad Məcid Trend İnformasiya Agentliyinə MətbuatŞurasının diplomunu təqdim edib. Bununla yanaşı, agentliyin birsıra əməkdaşları da fəaliyyətlərində göstərdikləri xidmətlərə görətəşəkkürnamələrlə təltif olunublar.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsisolunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarındanbirinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərindəyayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm dəbeynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldəedib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət vəidman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitikmaterialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm dəregion üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimifəaliyyətini uğurla davam etdirir.

Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Mətbuat
Seçilən
24
4
az.trend.az

5Mənbələr