Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininXəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant RaminŞükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kaiptan XalidƏzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrənövbəti məhkəmə prosesi keçirilib.
Trendxəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdətəqsirləndirilən Ramin Şükurovun vəkilləri vəsatət verib.
Müdafiəçilər təqsirləndirilənin şəxsin barəsində olan həbsqətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahişedib.
Məhkəmə vəsatəti təmin edib və Ramin Şükürov ev dustaqlığınaburaxılıb.
Proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova CinayətMəcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuzalveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, XalidƏzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələriittiham irəli sürülüb.
Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığıqətimkan tədbiri seçilib.
Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündəəlavə qətimkan tədbiri seçilib.