AZ

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir - Hafiz Paşayev

Bakı. Trend:

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildəirəliləyir.

Trendxəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bugün Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq UniversitetlərarasıProqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimindəçıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq iri miqyaslıtədbirlərə ev sahibliyi edib və Beynəlxalq UniversitetlərarasıProqramlaşdırma Müsabiqəsinin (“ICPC”) Dünya Finalı onlarınarasında xüsusi əhəmiyyət kəsb edir:

"Məhz ona görə ki, bu, dünyanın ən nüfuzlu universitetləriningənc tələbələrinin yarışıdır. Yarış iştirakçılardan riyaziyyat,mühəndislik və məntiq sahələrində qeyri-adi bilik və keyfiyyətlərə,eləcə də komandada işləmək, tənqidi düşünmək və sürətlə innovativhəllər hazırlamaq bacarığına sahib olmağı tələb edir".

Rektor vurğulayıb ki, Azərbaycan texnoloji tərəqqiyə doğru fəalşəkildə irəliləyir:

"Biz inanırıq ki, təhsilə sərmayə qoymaq və biznestəşəbbüslərini dəstəkləmək davamlı inkişafı və ölkənin rifahınıtəmin etməyin ən səmərəli yollarıdır. Yeni innovativ İTekosisteminin formalaşması getdikcə ölkənin qlobal biznesreytinqindəki mövqeyini və rolunu müəyyən edəcək. Bakıda ICPC DünyaFinalına ev sahibliyi etmək bu yolda mühüm addımdır. Əminik ki, butədbir ölkəmizdə İT inkişafının irəliləməsində mühüm mərhələyəçevriləcək və Azərbaycanın qlobal diqqətini cəlb edəcək".

"Hörmətli iştirakçılar, siz artıq qalibsiniz, çünkifinaldasınız. Ümid edirəm ki, yarışdan əlavə olaraq siz Bakını dakəşf etmək imkanı əldə edəcəksiniz. Mən təşkilatçılardan xahişedirəm ki, sizə bunu etmək üçün kifayət qədər vaxt versinlər", -deyə H.Paşayev əlavə edib.

Məqalədə:
Seçilən
72
4
az.trend.az

5Mənbələr