AZ

Deputat: "Azərbaycan-Çin əlaqələri mühüm strateji əhəmiyyət daşıyır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan-Çin əlaqələri mühüm strateji əhəmiyyət daşıyır və Prezidentin ilin əvvəlində Çinə səfəri də bu prosesə böyük bir təkan verdi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, burada həm nəqliyyat dəhlizlərinin inkişafı, həm energetika layihəsi, həm də yeni alternativ energetikada Çin texnologiyalarının istifadəsi Azərbaycanın və regionun iqtisadi inkişafı üçün dəstəkdir:
"Eyni zamanda, biz Çin ilə təhlükəsizlik sahəsində də əməkdaşlıq edirik. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, radikalizmə, terrorizmə, separatizmə qarşı mübarizədə birgə mövqe nümayiş etdirir. Bu perspektiv gələcək üçün çox böyük ümid yaradır və hesab edirəm ki, Çin texnologiyaları, Çin sərmayəsi, çinlilərin Azərbaycan ilə ticarət əlaqələrini inkişaf etdirməsi, həmçinin ticarət dövriyyəsinin inkişafı ölkəmizin də inkişafına çox böyük təkan verəcək".
"Hesab edirəm ki, gələcəkdə nəqliyyat dəhlizi, ələlxüsus Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Azərbaycanı dünyada, qlobal xəritədə çox bir vacib bir ölkəyə çevirəcək", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
Seçilən
36
44
oxu.az

10Mənbələr