AZ

Azərbaycan diasporunun rəhbəri Rusiyada SAXLANILDI

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Kubandakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov saxlanılıb.

Globalinfo.az xəbər verir ki, o, 919 milyon rubl dəyərində daşınmaz əmlakın oğurlanması cəhdi ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

İstintaqın versiyasına görə, Novruzov və digər şəxslər Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış nikah haqqında şəhadətnamə təqdim ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, sənəd saxta olub və həmin sənəd vasitəsilə böyük həcmdə əmlakı ələ keçirmək məqsədi güdülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
44
globalinfo.az

10Mənbələr