AZ

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevrilib - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan yerləşdiyi coğrafi mövqeyi, eyni zamanda, malikolduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsiməqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyatlayihələrini reallığa çevirməklə dünya siyasətində mühüm yer tutur.Ümumilikdə ölkəmizin inkişaf modeli daim beynəlxalq səviyyədətəqdim edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütünsahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalqaləmdə mövqeyini daha da möhkəmləndirir. Hazırda Azərbaycanbeynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbuledilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinininkişafı əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyükönəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrinəhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çin öz növbəsində dünyanınfövqəldövləti olaraq həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyatmarşrutlarının kəsişməsində yerləşən, dünyada siyasi nüfuzu artanAzərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Qeyd edək ki, dövlətbaşçısı İlham Əliyev avqustun 30-dan bu ölkədə işgüzar səfərdədir.Səfər çərçivəsində Çinin Tiencin şəhərində Prezident İlham ƏliyevinÇin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Çin XalqRespublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi “Məniməziz dostum” deyərək salamlaması ölkələrimizlə yanaşı, liderlərində səmimi, qarşılıqlı etimada söykənən münasibətlərinin olduğunu vəəlaqələrimizin inkişafında əsas faktora çevrildiyini bir dahatəsdiqlədi. Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbuledərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çininxarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyimünasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paraddaiştirakına görə təşəkkürünü bildirdi. O, Azərbaycan ilə Çinarasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıqmünasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəflistrateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq,Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəriniməmnunluqla xatırladı, bu səfər çərçivəsində aparılmışmüzakirələrin əhəmiyyətinə toxundu.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin aprelində ÇinXalq Respublikasında dövlət səfərində oldu. Səfər zamanı“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındahərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqındaBirgə Bəyanat imzalandı. 18 bənddən ibarət olan Bəyanatın, eynizamanda, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması ikiölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvüryaradır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, bu əməkdaşlıq yalnız iki ölkəarasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm dəregional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühümamildir. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyigörüşlərə diqqət yetirdikdə iqtisadi əməkdaşlığa verilən önəm özünüaydın şəkildə nümayiş etdirir. Belə ki, Çinin Tiencin şəhərində“China Energy Engineering Corporation Limited” (“Energy China”)şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen iləgörüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativvə bərpaolunan enerji layihələrini əhatə edən səmərəliəməkdaşlıqdan məmnunluq bildirildi. Bu xüsusda “Energy China”nınyaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda Günəş elektrikstansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisisahəsində əməkdaşlığı vurğulandı. “Sichian Sunsync PhotovoltaicTechnology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşdə isəƏlət Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərininistehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcəkmüəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu.Vurğulandı ki, burada istehsal ediləcək məhsulların böyükhissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur. "CETC" (“ChinaElectronics Technology Group Corporation”) korporasiyasının başdirektoru Cu Pen ilə görüş də mühüm müzakirələrlə yadda qaldı.Rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi vəidarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsaliqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təminolunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrindəəməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. "CCCC" (“ChinaCommunications Construction Company”) şirkətinin sədri Son Haylianilə görüşən dövlət başçısı İlham Əliyev ölkəmizdə əlverişliinvestisiya mühitinin yaradıldığını bildirdi. Həmçinin Trans-Xəzərnəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanınınikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsiaparıldı. Təbii ki, əlaqələrimizin gələcək inkişafına xidmət edənbelə görüşlərin sayı bununla məhdudlaşmır. Prezident İlham Əliyevinbir sıra ölkələrin rəhbərləri ilə görüşü də oldu. Bu sırada qardaşTürkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Pakistanın baş naziriMəhəmməd Şahbaz Şərifi, Ermənistanın baş naziri Nikol Paşinyanıqeyd edə bilərik. Keçirilən görüşlər Azərbaycanın beynəlxalqmünasibətlər sistemində yerinin, dövlət başçısı İlham Əliyevinartan nüfuzunun göstəricisidir. Tarixi Zəfərimizdən sonra yeniyaradılan əməkdaşlıq formatlarından biriAzərbaycan-Türkiyə-Pakistan birliyidir ki, bu ilin 28 may tarixindəLaçında hər üç ölkənin liderlərinin iştirakı ilə Zirvə görüşükeçirildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanla Çin arasındamünasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsiləbaşlayıb və bu əlaqələr bugünədək davamlı inkişaf edir. İki xalqarasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedibçıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib vəhər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilinaprelində qurulub. 1992-ci ilin avqustunda Çin Xalq RespublikasınınAzərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isəAzərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərarqəbul edib. Ümumilikdə Çinlə əlaqələrin yeni prioritetlər üzrəinkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas tərkibhissəsi olan ikitərəfli əməkdaşlıqda xüsusi önəm daşıyır. Çin XalqRespublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyükönəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarınıdəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasideyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüməhəmiyyət daşıyır.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Çin arasındaiqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıqmünasibətlərində mühüm yer tutur. Azərbaycanın “Kəmər və yol”təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qarsdəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həmAzərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha damöhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafınaxidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsinivə tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksəkqiymətləndirib. Ölkələrimiz arasındakı ticarət dövriyyəsində dəmüsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasındakıiqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlardada öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəkibirgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadiƏməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastrukturİnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr vəAzərbaycanın “Kəmər və yol” təşəbbüsünə qoşulması bu əlaqələri dahada gücləndirir. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələriçərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinininkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evininaçılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir. Azərbaycanilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləritəkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional vəqlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvimodel kimi çıxış edir.

Vüqar Rəhimzadə qeyd edib ki, Çinin Tiencin şəhərində “ŞƏTplyus” formatında görüş keçirildi və Prezident İlham Əliyevtədbirdə çıxış etdi. Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya,Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı iləŞanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İranvə Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçiüzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoqtərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu almaqüçün müraciət edib. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-əüzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünyaəhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizinitəmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər,müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlarfonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib qurumaçevrildiyini təsəvvür etmək çətin deyil. Təşkilatın əsas məqsədləriüzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluqmünasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat,elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji,nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdəsəmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh,təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səyləringöstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzəninyaradılması istiqamətində addımların atılmasından ibarətdir. CənubiQafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ŞƏT ölkələrinində marağındadır. Artıq Ermənistanla sülhü bərqərar edən Azərbaycanbu müstəvidə yeni əməkdaşlıq imkanları əldə edə və genişləndirəbilər. Azərbaycan-ŞƏT münasibətləri artıq formallıq mərhələsinikeçərək praktik əməkdaşlıq fazasına qədəm qoyub. Enerji, nəqliyyat,təhlükəsizlik və mədəniyyət sahələrində qarşılıqlı maraqlar buəməkdaşlığı daha da gücləndirir. Azərbaycanın Avrasiya məkanındastrateji mövqeyi və artan beynəlxalq nüfuzu nəzərə alındıqda,ŞƏT-lə əlaqələrin inkişafı ölkəmizin çoxvektorlu xarici siyasətkursunun mühüm istiqamətlərindən biri olaraq qalacaq.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdəkiçıxışı mühüm çağırışlarla zəngin oldu. “Azərbaycan regionda Çininetibarlı tərəfdaşıdır” söyləyən dövlətimizin başçısı bildirdi ki,biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasınatöhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerjilayihələri həyata keçiririk. Azərbaycan Çin Xalq RespublikasıSədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilkdəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktikilayihələr həyata keçirir. O da əlavə edildi ki, Azərbaycan-Çinəlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyəyüksəlib.Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər vəhərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrindərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühümistiqamətlərindən biridir. Bu il iki ölkə arasında stratejitərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanması tarixihadisədir və bu, Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdı.Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviqetmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, QlobalTəhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəalşəkildə dəstəkləyib. Azərbaycan, həmçinin Çin Xalq RespublikasınınSədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünüdövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalqhüquqa hörmət əsasında beynəlxalq münasibətlərinyaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addımkimi alqışlayır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, fəalçoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlıtərəfdaş kimi tanınması, dünyada artan nüfuzu, coğrafi mövqeyi,iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu AzərbaycanıŞanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşaçevirib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərindəmüntəzəm iştirakı bunun bariz nümunəsidir. Dövlətimizin başçısınınSəmərqənd, Astana sammitlərindən sonra Tiencin Zirvə görüşündə dəiştirakı Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbuledilməsinin təsdiqidir.

Məqalədə:
Seçilən
48
14
az.trend.az

10Mənbələr