Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında "Ximçxon Sanmu" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən vacib qolu vurub.
"Daejeon" 45 xalla 3-cü pillədə qərarlaşıb. "Ximçxon Sanmu" isə 46 xalla 2-cidi sıradadı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta