AZ

Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə mindi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada sim-kartların üçüncü şəxslərə verilməsini qadağan edən qanun qüvvəyə minib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda, müqavilə əsasında ona ayrılmış abunəçi nömrəsinin istifadəçi tərəfindən başqa şəxsə ötürülməsinə görə vətəndaşlar üçün 30 min rubldan 50 min rubla (təxminən 630-1 050 manat) qədər cərimə müəyyən edilir.
Bundan əlavə, fərdi sahibkarlar 50-100 min rubl (təxminən 1 050-2 100 manat), hüquqi şəxslər 100-200 min rubl (təxminən 2 100-4 200 manat) cərimə ilə üzləşəcəklər.
Seçilən
72
44
oxu.az

10Mənbələr