AZ

Aleksis Sançes La Liqa klubuna keçir

“Udineze”nin təcrübəli hücumçusu Aleksis Sançes karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı çilili forvard azad agent statusunda “Sevilya” ilə razılığa gəlib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Sançes ötən ilin avqustunda “Udineze”yə qoşulmuşdu. O, 2024/25 mövsümündə A seriyası və İtaliya kubokunda 14 matçda meydana çıxsa da, qol və assistlə fərqlənə bilməyib.

 

Seçilən
25
idmanxeber.az

1Mənbələr