AZ

Sabunçuda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı YENİ XƏBƏR

"Fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib".

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır:

"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür".

Seçilən
395
6
news24.az

10Mənbələr