AZ

Şahin Şıxlinskinin boş qalan yerinə seçki keçirilib - Yeni rəhbərin adı bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Ural bölgəsinin azərbaycanlı icmasının yeni rəhbəri seçilib.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Azərbaycan-Ural" təşkilatının yeni rəhbəri Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinə də rəhbərlik edən Vidadi Mustafayev olub.
Xatırladaq ki, Vidadi Mustafayevə qədər "Azərbaycan-Ural" ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski olub. Şahin Şıxlinski avqustun 2-də Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.
İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Seçilən
107
7
oxu.az

9Mənbələr