Bakı. Trend:
Dünya Bankı İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) adlıinfrastruktur layihəsinin hazırlanmasına başlayıb. Layihəçərçivəsində İstanbulun ətrafından keçən, təqribən 122 kilometruzunluğunda yeni elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisinəzərdə tutulur.
Trend-in DünyaBankına istinadən verdiyi məlumata görə, marşrut Çayırova vəÇatalca rayonlarını birləşdirəcək və Bosforu Yavuz Sultan Səlimkörpüsünün dəmir yolu hissəsi ilə keçəcək. Layihə, həmçinin,meqapolisin hər iki hava limanına çıxışı təmin edəcək və Avropa iləAsiyanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin mühümelementi olacaq.
Dünya Bankının sənədinə əsasən, layihənin ümumi dəyəri təxminən8,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. BankınDirektorlar Şurasında layihənin müzakirəsi 2026-cı ilin mart ayınanəzərdə tutulub.