Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev özünün "X" hesabında paylaşım edib:
"Azərbaycan Prezidentinin 11 avqust 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, humanitar yardım bu gün Ukraynaya çatıb və Ukraynanın hakimiyyət orqanlarına təhvil verilib. Yardıma Ukraynanın enerji potensialını dəstəkləyən elektrik avadanlıqları daxildir".
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
