Bakı, 1 sentyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxaq həndbol turnirdə ilk yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, A qrupunun son turunda OKMK (Özbəkistan) və "Kür" komandaları qarşılaşıb. Daha inamlı oyun numayiş etdirən Özbəkistan təmsilçisi matçı 31:25 hesablı qələbə ilə başa vurub. Bu nəticəyə əsasən, OKMK qrup lideri, "Kür" isə ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib.