Çin, İran və Rusiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasına birgə məktub göndərərək Avropa ölkələrinin "Snapback" mexanizmini işə salmaq cəhdini pisləyiblər.
Publika.az xəbər verir ki, bunun İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında bildirib.
"Avropanın "Snapback"i başlatmaq cəhdi hüquqi cəhətdən əsassızdır və siyasi cəhətdən dağıdıcıdır", - o bildirib.
Onun sözlərinə görə, ABŞ və "Avropa üçlüyü"nün hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə nüvə sazişi çərçivəsində İrana qarşı sanksiyaları ləğv edən 2231 saylı qətnaməsinə ziddir.
Məktubda beynəlxalq hüququn prinsipi - hüquq və öhdəliklər ayrılmazdır və sazişi pozan dövlətlər öz üstünlüklərini tələb edə bilməzlər - xatırladılıb.