AZ

Azərbaycanın hakim-inspektoru UEFA-dan təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

90deqiqe.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – Avstriya görüşünün hakim-inspektoru olacaq.

Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

Seçilən
21
22
90deqiqe.az

10Mənbələr