AZ

NATO Rusiya sərhədləri yaxınlığında yeni qərargah açıb

Sentyabrın 1-dən Finlandiyanın Mikkeli şəhərində NATO-nun quru komandanlığının regional qərargahı fəaliyyətə başlayıb...

APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhər Rusiya sərhədindən cəmi 140 km, Sankt-Peterburqdan isə 304 km məsafədə yerləşir.

İlkin mərhələdə qərargahda 10-a yaxın mütəxəssis çalışacaq, lakin yaxın illərdə onların sayının 50-yə çatdırılması planlaşdırılır.

Komandanlıq heyəti NATO-ya üzv ölkələrin, o cümlədən Finlandiya nümayəndələrindən formalaşdırılıb.

Poliqon.info

Seçilən
35
11
poliqon.info

10Mənbələr