1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərənin "Mançester Yunayted" komandası heyətinə yeni qapıçı cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Mançester təmsilçisi Belçikanın "Antverpen" klubundan Senne Lammenslə anlaşıb.
"Qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 21 milyon avro ödəyəcəklər.
Belçika millisinə dəvət alan Senne hələlik yığmada debüt etməyib.