"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşmək üçün İmişliyə səfər edəcək.
Rekord.az xəbər verir ki, yığıncaqda rəhbərlik və oyunçular tərəfdarlara maraqlı olan suallara cavab verəcəklər.
Sentyabrın 3-dəki görüş Heydər Əliyev Mərkəzində baş tutacaq.
"İmişli" klubu İmişli şəhər stadionunda davam edən təmir işləri ilə əlaqədər cari mövsüm Misli Premyer Liqasının ilk iki turunda rəqiblərini Şamaxıda qəbul edib.