AZ

Kobaxidze: ABŞ ilə münasibətlərin bərpasına əsas maneə dərin dövlət ola bilər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ABŞ ilə münasibətlərin bərpasına əsas maneə ancaq "dərin dövlət"in təsiri ola bilər.

Oxu.Az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə hökumət başçısı Kobaxidze ölkə Prezidenti Mixail Kavelaşvilinin amerikalı həmkarı Donald Trampa göndərdiyi məktubu şərh edərkən deyib.

"Bizim mesajımız hər kəsə məlumdur: biz sıfırdan başlamaq və konkret yol xəritəsi ilə Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığı bərpa etmək istəyirik. "Dərin dövlət" möhkəmlənməsə, Gürcüstanla ABŞ arasında münasibətlərin bərpasına heç nə mane ola bilməyəcək", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
oxu.az

1Mənbələr