AZ

ABŞ maliyyə naziri: Rusiyaya qarşı bütün fəaliyyət planlarını nəzərdən keçirməyi planlaşdırırıq

ABŞ bu həftə davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Moskvaya qarşı bütün mümkün fəaliyyət variantlarını çox "diqqətlə nəzərdən keçirməyi" planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, prezident Donald Trampla bütün variantlar nəzərdən keçirilir və bu həftə biz onları çox diqqətlə öyrənəcəyik", - deyə o, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ehtimalını şərh edərkən söyləyib.

Bessent əlavə edib ki, Rusiyaya qarşı fəaliyyət variantlarını nəzərdən keçirmək qərarı RF prezidenti Vladimir Putin və Trampın Alyaskadakı görüşündən sonra Moskvanın Ukrayna ərazisinə zərbələri artırması ilə bağlıdır.

Seçilən
19
operativmedia.az

1Mənbələr