AZ

Belçika Fələstin dövlətini tanıyacaq

BAKI, 2 sentyabr. TELEQRAF

Belçika Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sentyabr ayında keçiriləcək növbəti sessiyasında Fələstin dövlətini tanıyacaq.

Teleqraf xəbər verir ki, bu bəyanatla Belçikanın xarici işlər naziri Maksime Prevo çıxış edib.

"Belçika BMT sessiyasında Fələstin dövlətini tanınacaq! İsrail hökumətinə qarşı ciddi sanksiyalar tətbiq olunacaq", - Prevo "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Xatırladaq ki, iyul ayında Fransa Prezidenti Emmanuel Makron ölkəsinin BMT Baş Assambleyasının sentyabrın 9-dan 23-dək ABŞ-nin Nyu-York şəhərində keçiriləcək sessiyası zamanı Fələstin dövlətini tanıyacağını bəyan etmişdi. Makrondan sonra ondan çox Qərb ölkəsi oxşar bəyanatla çıxış edib və digərlərini də eyni addımı atmağa çağırıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr