AZ

Çində insan bədəninin istiliyini elektrik enerjisinə çevirən parça yaradılıb

Bakı. Trend:

Çinli alimlər insan bədəninin istiliyini elektrik enerjisinəçevirməyə qadir elastik material hazırlayıblar. Bu yenilikgələcəkdə öz-özünə enerji yığan “ağıllı” geyimlərin və geyiləbilənqurğuların istehsalına imkan verəcək.

Trend-inməlumatına görə, bu barədə “South China Morning Post” qəzetiməlumat yayıb.

“Dünyada ilk dəfə “termoelektrik rezin” konsepsiyasını irəlisürən bizik”, – deyə tədqiqat qrupunun rəhbəri, PekinUniversitetinin materialşünası Ley Tin bildirib. Əsas yenilikyarımkeçirici polimerlərin elastik rezinlə hibrid strukturuvasitəsilə birləşdirilməsidir. Material ilkin uzunluğunun 850faizindən çox dartıla bilir, bununla belə yüksək elektrikkeçiriciliyi və ənənəvi qeyri-üzvi materiallarla müqayisə olunabiləcək termoelektrik xüsusiyyətlərini saxlayır.

Qəzet yazır ki, ixtira geyiləbilən qurğular üçün tez-tez enerjidoldurma problemini həll edə bilər. Alimlər materialı elə geyimlərətətbiq etməyi planlaşdırırlar ki, bu geyim həm cibdəki telefonuenerji ilə təmin etsin, həm də bədənin temperaturunu tənzimləsin.Digər potensial tətbiq sahələrinə isə xarici batareyalara ehtiyacduymayan tibbi sensorlar daxildir.

Məqalədə:
Seçilən
12
5
az.trend.az

6Mənbələr