AZ

ABŞ gizli əməliyyatı SSRİ-dən gizlətmək üçün “Titanik”i…

ABŞ 1985-ci ildə batmış “Titanik”in axtarışı ilə əsl niyyətini pərdələnmək istəyirdi. Bu, sualtı qayıqlarla bağlı gizli hərbi əməliyyatı ört-basdır etmək cəhdi idi. Çünki onlar “Titanik”lə yanaşı, batmış nüvə sualtı qayıqlarının qalıqlarını tapmaq istəyirdi

Axar.az xəbər verir ki, bu barədə okeanoloq Robert Ballard CNN-ə müsahibəsində deyib.

Ballard bildirib ki, “Titanik”in axtarışı zamanı mütəxəssislər gəminin qalıqlarını tapmağa nail olsalarda sonradan maliyyələşmə ilə bağlı problemlər yaranıb:

“Lakin ABŞ Hərbi Dəniz Qüvvələri vəziyyətlə maraqlanmağa başladı. Onlar maliyyə yardımı etməyə razılaşdılar. Lakin bir şərtlə ki, Titanik axtarışları ilə yanaşı, batmış “Treşer” və “Skarpion” sualtı qayıqları haqqında da məlumat tapmağa çalışsınlar.

İnsanların o zaman bilmədiyi nüans “Titanik” axtarışı mənim dəniz kəşfiyyatçısı kimi apardığım çox məxfi hərbi əməliyyatı gizlətmək üçün lazım idi”.

Okeanoloq əlavə edib ki, ABŞ həmin vaxt SSRİ-nin əməliyyatdan xəbər tutmasını istəmirdi.

Seçilən
29
2
axar.az

3Mənbələr