AZ

Rəşt-Astara dəmir yolu xəttini Rusiya şirkətləri çəkəcək

Yazını böyüt
Yazını kiçilt

Rusiya şirkətləri İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə cəlb olunacaqlar.

Hafta.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin "Rossiya-1" telekanalının efirində deyib:

"Həmkarlar nəhayət marşrutu müəyyənləşdirməlidirlər, biz əslində torpaq sahələrinin alınması ilə bağlı işə başlamalıyıq. Tikinti ilə Rusiya şirkətləri məşğul olacaq".

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb.

Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

Seçilən
38
4
hafta.az

5Mənbələr