AZ

Rusiya bu gecə  Ukraynanın bir neçə bölgəsinə güclü zərbə endirib: Ölən və yaralananlar var

Vətəninfo.az xəbər verir ki, sentyabrın 2-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir neçə bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hava hücumları həyata keçirib. Zərbələr nəticəsində ölən və yaralananlar var.

İşğalçı Rusiya qüvvələri ilk olaraq Kiyev vilayətinin Belotserkovski icmasına zərbələr endirib. Belotserkovski şəhər şurasının katibi Vladimir Vovkotrub təsdiqləyib ki, hücum nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib ki, həlak olan şəxsin meyiti qaraj kooperativində baş verən yanğın zamanı aşkar edilib.

Zərbə nəticəsində:

Şəhərdə çoxmərtəbəli binaların şüşələrinə ziyan dəyib,

Qaraj kooperativinin ərazisində,

Pərakəndə satış obyektləri və sənaye müəssisələrində yanğınlar baş verib.

Sumı vilayətində də gecə saatlarında düşmən zərbələri qeydə alınıb. Rusiya ordusuna məxsus PUA-lar Sumı şəhərinin Zareçnı rayonunda yerləşən yaşayış olmayan binaları hədəfə alıb. Sumı OVA-nın rəhbəri Oleq Qriqorov və şəhər meri Artem Kobzar zərbələr nəticəsində iki partlayışın baş verdiyini və yaralıların olduğunu təsdiqləyiblər.

Sumı şəhər hərbi administrasiyasının rəhbəri Sergey Krivoşeenko qeyd edib ki, yaralananlar arasında bir uşaq da var və onlar ambulator yardım üçün tibb müəssisələrinə müraciət ediblər.

Bundan əlavə, Rusiya ordusu Odessa vilayətinin İzmail rayonunda yerləşən liman infrastrukturuna yenidən hücum edib. Rayon administrasiyasının məlumatına görə, təhlükəyə vaxtında cavab verilməsi nəticəsində ciddi dağıntıların və insan tələfatının qarşısı alınıb.

Hadisə yerində baş verən yanğınların qısa müddət ərzində söndürüldüyü bildirilib.

Seçilən
10
veteninfo.az

1Mənbələr