AZ

Hücuma məruz qalan keçmiş baş nazir danışdı: Həkimlər deyib ki...

Çexiyanın keçmiş baş naziri Andrey Babiş müxalifətdə olan ANO (Narazı Vətəndaşların Aksiyası) hərəkatının seçki mitinqində hücuma məruz qaldıqdan sonra iş proqramını ləğv edib.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə sosial media hesabında yazıb.

"Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm, ümid edirəm ki, hər şey yaxşı olacaq. Sabah əlavə müayinənin nəticələrini gözləyəcəm, amma həkimlər mənə həddən artıq yüklənməməyi məsləhət gördülər, ona görə də təəssüf ki, Olomutsk bölgəsində ən azı sabahkı iş proqramını ləğv etməli olacağam", - o deyib.

Qeyd edək ki, Babişin başına metal əşya ilə zərbə endirilmişdi. KİV-in məlumatına görə, təcavüzkar siyasətçiyə bir neçə dəfə zərbə endirib. Bu məlumatı daha sonra parlamentin aşağı palatasından ANO üzvü Aleş Yuhelka təsdiqləyib.

Seçilən
37
publika.az

1Mənbələr