AZ

ATƏT-in Minsk qrupuna nə qədər xərclənib?

Düşünün ki, evinizdə və ya bağınızda iş görmək üçün bir qrup adam dəvət edirsiniz. Onlar gəlir, sizin çayınızı içir, süfrənizdən yeyir, rahatlanıb yatırlar. Amma axırda yenə bağınızı da, evinizi də özünüz abadlaşdırmalı olursunuz. Siz də axırda onları görməli olduğu işi özünüz görürsünüz və hirslənib onları həyətdən çıxarırsınız.
Bu gün “Minsk Qrupu”nun bağlanması bunun siyasi diplomatik formasıdır.
1992-ci ilin martında yaradıldı, guya regiona sülh gətirəcəkdi. 30 ildən artıq müddətdə yüzlərlə görüş keçirildi, saysız bəyanatlar verildi. Amma torpaqları azad edən nə ATƏT, nə də Minsk Qrupu oldu. Hər şeyi Azərbaycan özü həll etdi.
İqtisadi tərəfə baxsaq: ATƏT-in illik büdcəsi ən azı 300–340 milyon avro olub və 57 üzv ölkənin ödənişləri ilə maliyyələşdirilib. Məsələn, 2020-ci ildə 343,2 milyon avro toplanmışdı. Bu büdcənin təxminən 55 %-i sahə missiyalarına yönəlib. Yəni, 33 il ərzində yüz milyonlarla avro bu nəticəsiz “teatr”a sərf olunub: hotellər, ezamiyyətlər, maaşlar, protokol xərcləri.
Odur ki, bu günki qərar, 30 illik böyük xərclərin sıfır effektlə nəticələnən teatrının bağlanmasının rəsmi aktıdır.
Eldəniz Əmirov, ekspert
Seçilən
13
2
news365.az

3Mənbələr