AZ

Masazırda ev yandı: ÖLƏNLƏR VAR

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi yanır.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN)  məlumat verilib.

 

Qeyd olunub  ki, FHN-in müvafiq qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

 **

 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

 

İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

 

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Seçilən
70
43
senzor.az

10Mənbələr