AZ

AHİK təlimlərə davam edir - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqlarının əməkdaşları üçün təlimlər davam etdirilir.


Manset.az xəbər verir ki, beynəlxalq səviyyədə tanınan IOSH (Institution of Occupational Safety and Health) sertifikatı üzrə təşkil olunan budəfəki təlimdə AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər.

Təlimdə iştirakçılara əməyin təhlükəsizliyi sahəsində müasir yanaşmalar, potensial risklərin aşkarlanması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.

Təlim zamanı həmçinin müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. IOSH sertifikatı alanlar beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə mütəxəssis hesab olunurlar. Əmək və Sosial Münasibətlər Akademiyası da Böyük Britaniyanın IOSH İnstitutu tərəfindən akkreditasiyadan keçirilib. Bu da ali təhsil ocağına əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması ilə bağlı təlimləri keçirməsinə və nəticələrin qiymətləndirməsinə imkan yaradır.

Seçilən
19
5
manset.az

10Mənbələr