AZ

Sudanda dəhşət: kənd yox oldu, min nəfər öldü

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sudanın qərbində yerləşən Marra dağları bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində minə yaxın insan həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə Sudan Azadlıq Hərəkatı məlumat yayıb.

Məlumata görə, güclü yağışlardan sonra Marra dağları ərazisində torpaq sürüşməsi baş verib və bir kənd tamamilə yer üzündən silinib.

Hadisə nəticəsində min nəfərdən çox insan ölüb, yalnız bir nəfər sağ qalıb.

Əraziyə çatmaqda çətinlik və dağıntıların miqyası xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
axar.az

2Mənbələr