AZ

Xankəndidə qondarma rejimin “XİN”in binası sökülür - Foto

Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edək ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Seçilən
47
16
axar.az

10Mənbələr