Braziliyalı qapıçı Ederson "Mançester Siti"ni tərk edib.
QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qapıçı karyerasını Türkiyənin "Fənərbaxça" klubunda davam etdirəcək. Daha əvvəl onunla "Qalatasaray"ın da maraqlandığı bildirilirdi.
Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, klub tarixinin ən uğurlu futbolçularından biridir. Qapıçı Xosep Qvardiolanın rəhbərliyi altında 18 titul qazanıb.
Futbolçunun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.