AZ

Avqust ayında zəhərlənənlərin statistikası açıqlanıb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Bu barədə AZƏRTAC-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 2-si qadın, 2-si kişi olmaqla, 4-ü dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

Seçilən
54
13
yeniazerbaycan.com

10Mənbələr