AZ

Polis moped və evlərdən təmir-tikinti alətləri oğurlayan şəxsləri saxladı

BAKI, 2 sentyabr. TELEQRAF

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 1100 manat dəyərində moped oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 yaşlı M.Abışov saxlanılıb.

Abşeron rayonunda keçirilən tədbir zamanı isə iki vətəndaşın evindən elektrik naqili və tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Y.Əliyev də tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
2
7
teleqraf.com

9Mənbələr