AZ

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu dələduzluğa görə HƏBS EDİLDİ

11:37 02.09.2025
11:37 02.09.2025

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Mynews.az-ın məlumatına görə, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyev bir müddət əvvəl iş yerində qeyri-etik görüntüləri ilə gündəmə gəlmişdi.


Seçilən
15
27
mynews.az

10Mənbələr