Gözəllik kraliçası qəzada həyatını itirdi
Ajans.az Need To Know (NTK)-ya istinadən xəbər verir ki, Peres işə gedərkən motosikletin idarəetməsini itirib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Sözügedən yol ölkənin ən təhlükəli magistrallarından biri kimi tanınır. Alondra Hernandez Peres 2024-cü ildə La Blanka şəhərinin gözəllik kraliçası seçilmişdi. Yerli mediaya görə, o, modellik sahəsində perspektivli karyerasının başlanğıcında idi.