BAKI, 2 sentyabr. TELEQRAF
Bu ilin 8 ayında AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSCtərəfindən 265 blok qatar qəbul edilib.
ADY-dən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 58% çoxdur.
Analoji dövrdə bu qatarlarla 28 261 TEU konteyner yük daşınıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67% artım deməkdir.