Bu sözləri Rusiya Prezidentinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Birbaşa İnvestisiya Fondunun baş direktoru Kiril Dmitriyev ölkənin "Zvezda" telekanalınamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, Moskva xüsusilə Arktikada karbohidrogen layihələrinə, həmçinin energetika sahəsində birgə təşəbbüslərə maraqlıdır.
"Başa düşürük ki, buradamüxtəlif layihələri "Rusiya-Çin" və ya "Rusiya-ABŞ" adları altında bölməyə ehtiyac yoxdur.Bütövlükdə birgə layihələr sərmayə qoymaq daha məqsədəuyğundur. Ümumiyyətlə, Rusiya-Çin sərmayə əməkdaşlığı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində iqtisadi tərəfdaşlığın çox mühüm hissəsidir. ŞƏT səviyyəsində həyata keçirilən irimiqyaslı layihələr həm vətəndaşların rifahına, həm də iqtisadi artıma təkan verir",– baş direktor söyləyib.
Kiril Dmitriyevin sözlərinə görə, Birbaşa İnvestisiya Fondu çinli həmkarları ilə birlikdə Rusiyada artıq 50-dən çox layihəyə sərmayə qoyub. Bu layihələrdən ümumilikdə800 milyard rubl gəlir götürülüb.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta