AZ

Ceyhan terminalında xam neftlə bağlı məsələ həllini tapıb - bp

Bakı. Trend:

Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həllolunub.

Bu barədə “bp Azerbaijan” şirkətinin Trend-in sorğusuna verdiyi cavabda deyilir.

“Hazırda terminalın bütün çənlərindəki xam neft qəbul olunmuşspesifikasiyaya uyğundur və xam neftin tankerlərə yüklənməsiəməliyyatları normal rejimdə həyata keçirilir”, - deyə şirkətdənbildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Xəzər regionunda iri neft-qazlayihələrinin operatoru olan “bp Plc” bəzi partiyalarda Azərbaycanneftinin çirklənməsi ilə bağlı potensial problemlər barədə məlumataldığını açıqlamışdı.

Şirkət bildirib ki, bu problemlər neftin tərkibindəki üzvixloridlərlə bağlıdır. Qeyd olunub ki, həmin kimyəvi maddə yüksəkmiqdarda olduqda neft emalı zavodlarına və avadanlıqlara zərər vurabilər.

Azərbaycan nefti böyük həcmdə 1768 km uzunluğundakı neft kəmərivasitəsilə Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəqlolunur. Bu kəmər BTC Co (Bakı–Tbilisi–Ceyhan) şirkəti tərəfindənçəkilib və bp tərəfindən idarə olunur.

Məqalədə:
Seçilən
6
1
az.trend.az

3Mənbələr