İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,8 ABŞ dolları və ya 1,15% artaraq, 70,54 dollar/barel təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,82 dollar və ya 1,20% bahalaşaraq 69,06 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,85 dollar və ya 1,50% artaraq, 57,47 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,06 dollar və ya 1,56% artaraq 68,91 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.