“Sevilya” klubu Aleksis Sançesin transferini rəsmən açıqlayıb.
idmanxeber.az xəbər verir ki, 36 yaşlı çilili hücumçu azad agent kimi İspaniya təmsilçisinə qoşulub. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksis Sançes son dəfə 2014-cü ildə “Barselona”nın heyətində La Liqada çıxış etmişdi.