Yaxud 2025-ci ildən 1999-cu ilə baxış
Prezident İlham Əliyev bu il avqustun 2-də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində, müəyyən mənada, Ermənistana xəbərdarlıq tonunda bunları bildirmişdi: “Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq Məncə, bu, ritorik sualdır. na görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, aşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.
***
Azərbaycan və Ermənistan sülhə doğru gedir. Böyük anlamda yanaşsaq, hazırda Bakıda və İrəvanda keçmişin acı xatirələrini bir kənara qoyub gələcəyə baxmaq barədə düşünürlər. Amma sülh mühiti kövrək təsir bağışlayır. Elə təəssürat var ki, indiyədək əldə olunmuşlar bir andaca sıradan çıxa bilər. Bu təəssüratın səbəbləri sırasında yaxın tarixdə yaşananlar da var. Elə isə keçmişə ekskurs edək.
Azərbaycan müstəqilliyinin ilk illərindən dünyaya inteqrasiya siyasəti yürütdü. Bu siyasətin banisi ümummilli lider Heydər Əliyev oldu. lu öndərin müdrikliyi sayəsində beynəlxalq aləmin ölkəmizə münasibəti dəyişdi. Vətənimizin üzərindən keçmiş sovet respublikası klişesi götürüldü. Əlbəttə, proses heç də asan başa gəlmədi.
Heydər Əliyevin dünyaya açılım siyasəti nəticəsində Azərbaycanın timsalında Cənubi Qafqaz tarixində heç vaxt görmədiyi qədər Qərb kapitalını gördü. Neft gəlirlərindən səmərəli istifadə ilə toplanmış bu kapital xalqımızı rifaha daşıdı. Elə bir rifah ki, özündə ondan bütövlükdə Cənubi Qafqaz xalqlarının faydalanması kazusunu birləşdirdi. Tam inkişafı əngəlləyən isə işğal amili və Bakı-İrəvan münasibətlərinin normal məcraya düşməməsi oldu.
***
Bəli, Ermənistan otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamaqla, regional inkişafı ləngitdi. Qərb işğalın davamlı xarakter almasına göz yumdu. Çünki xaricdəki erməni amili öz sözünü deyirdi. mumən, dünyada erməni kartını aktiv saxlamaq istəkləri özünü göstərdi. Ona görə də Qərbdə regional inkişaf trayektoriyasını təcavüz amilini heçə sayaraq hesablayanlar tapıldı. Təxminən belə: işğal aradan qalxmasın, hər şey unudulsun, bölgə inkişaf etsin. Azərbaycan bununla razılaşa bilməzdi və ölkəmiz ilk böyük prinsipiallığını “Əsrin müqaviləsi” müstəvisində göstərdi. Heydər Əliyev şəxsiyyəti imkan vermədi ki, təcavüzkar Ermənistan layihədən bəhrələnsin.
Digər tərəfdən, işğal Rusiya üçün də sərfəli idi. Çünki ölkə Cənubi Qafqazdakı mövcudluq parametrini Azərbaycanla Ermənistan arasındakı konfliktdə görürdü. Bu səbəbdən Qərbin riyakarlığı fonunda, Moskva ədalətsiz davrandı. mumən isə artıq keçmiş olan Qarabağ münaqişəsinin Rusiya tərəfindən ortaya atılmış oyun olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Amma Azərbaycan-Ermənistan münasibətlərinin düzələcəyinə dair ümidlər əvvəllər də olub.
***
Bəli, torpaqlarımıza qəsb erməni millətçilərinin Qarabağ avantürasının nəticəsi idi. Keçmiş DQMV-yə aid olmayan ərazilərimizin işğalına gəldikdə, bu, həm avantüra ilə barışmamağımızın, həm də müstəqil siyasət aparmaq istəklərimizin cəzasına çevrildi. Kim və ya kimlər bizi cəzalandırdılar və konkret tələbləri nə idi, məlumdur. Azərbaycan həmin tələbləri yerinə yetirməyərək öz yolu ilə getdi. Yola 1 3-cü ildə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlaması ilə çıxdıq. Həmin vaxtadək isə loru dildə desək, yerimizdə saydıq. Yerində sayan həm də sülh oldu...
Onu demirik ki, 1-1-cu illərdə Bakı və İrəvan bugünkütək sülhə yaxın olmuşdu. stəlik, barışın məzmunu indiki kimi deyildi. O zaman qarşılıqlı güzəştlər nəzərdə tutulurdu. Məsələn, Azərbaycan rəhbərliyi bildirirdi ki, Qarabağa ölkəmizin tərkibində ən geniş muxtariyyət verməyə razıdır. Hazırda bir qədər rasional düşünən ermənilər zamanında ölkələrinin bu güzəştlə qane olmadığına görə heyifsilənirlər. Ancaq necə deyərlər, sonrakı peşmançılıq fayda verməz...
Beləliklə, 1-1-cu illərdə sülh danışıqlarının intensivliyi, xüsusən prosesin Qərb platformasında getməsinin doğurduğu reallıqlar ozamankı Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərdə belə qənaət formalaşdırmışdı ki, işğala son qoyulmalıdır. Onlar sual edirdilər: tutaq ki, Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın, Füzulinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aidiyyəti nədir Suala cavab verilmədi, əvəzində faciə yaşandı. Hansı faciə? Ondan söz açacağıq.
***
Qeyd edək ki, Ermənistanda Heydər Əliyev şəxsiyyətinin gücünü dərk edən, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın hansı faydalı yolda olduğunu görənlər tapıldı. üzəşt tərəfdarları məhz onlar idilər və ölkəmizlə münasibətlərin düzəlməsinin Ermənistana mənfəət gətirəcəyini duydular. Bacardıqları qədər çalışdılar ki, ədavəti bir kənara qoyub gələcək barədə düşünsünlər. Yeri gəlmişkən, deyək ki, belələrinin içərisində vaxtilə “Miatsum” hərəkatında yer alanlar da var idi. Onlardan birinin dilə gətirdiyi bu kəlməni diqqətə çatdıraq: “Hər şey sizin gələcək nəsilləriniz üçün edilir”.
Bunu Ermənistanın 1 5–1-cu ildə baş naziri kimi çalışmış, daha əvvəl isə Qarabağ avantürasının rəhbərlərindən olmuş Vazgen Sarkisyan bildirmişdi. O, iqtibasdakı fikrini 1-cu il noyabrın 27-də ölkə parlamentinə basqın etmiş terrorçu Nairi Hunanyanın “bəsdir, qanımızı içdiniz” bağırtısına cavab olaraq səsləndirmişdi. Bu sözlər baş nazirin son sözləri olmuşdu. Həmin gün onunla birlikdə Ermənistan parlamentinin ozamankı spikeri Karen Dəmirçyan və daha altı yüksək ranqlı dövlət rəsmisi qətlə yetirilmişdi.
“Parlament terroru” həmin vaxtadək Ermənistandakı siyasi sistemə, hərbi, qanunverici və icra hakimiyyətlərinə nəzarət edən Dəmirçyan-Sarkisyan tandeminin fəaliyyətinə son qoydu. Onların aradan götürülmələri ölkədəki siyasi tarazlığı pozdu. Ən başlıcası isə Sarkisyan və Dəmirçyanın “de-fakto ikili komandanlığı” prezident Robert Koçaryana keçdi. O Koçaryana ki, “Qarabağ klanı”nı təmsil edirdi və 10 il hakimiyyətdə qaldı. Ondan sonra həmin klanın daha bir təmsilçisi Serj Sarkisyan da eyni müddətə iqtidar postunu tutdu.
Onu da bildirək ki, 1-cu ilin “parlament terroru” Ermənistanın beynəlxalq nüfuzuna zərbə vurdu, nəticədə ölkəyə xarici sərmayə axını azaldı. Amma ziyan təkcə bu deyildi. Məsələ ondadır ki, Azərbaycanla münasibətlərin yoluna qoyulmasının və güzəştin tərəfdarı kimi tanınan Dəmirçyan-Sarkisyan tandemindən sonra Ermənistan, faktiki olaraq, quldur dəstəsinin nəzarətinə keçdi. Söhbət Koçaryan-Sarkisyan ikilisinin rəhbərlik etdiyi və Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı olmazın cinayətlər törətmiş dəstədən gedir. O dəstə ki, V.Sarkisyanın təbirincə desək, gələcək erməni nəsilləri üçün fəlakət yaşatdı. Halbuki, hər şey başqa cür ola bilərdi...
Əlqərəz, Ermənistanda Koçaryan-Sarkisyan tandemi özündən əvvəlki siyasi qruplaşmanın Azərbaycanla danışıqlardakı pozitiv gözləntilərini heçə endirdi. Nəticədə Qarabağ münaqişəsinin həlli 20 ildən artıq uzandı. Zərər isə Ermənistana dəydi və ölkədə bunu indinin özündə də dərk etməyən, hələ də revanşa can atan, türk düşmənçiliyini təbliğ edən qüvvələr var. Onlar baş nazir Nikol Paşinyanı “satqın” və “xain” adlandıracaq qədər azğındırlar. Ancaq məqsədimiz bu barədə söz açmaq deyil.
Bəli, erməni nəsilləri təkcə fəlakətlə üzləşmədilər, eyni zamanda faydadan məhrum oldular. Onlar, faktiki olaraq, Azərbaycan vasitəsilə əldə edəcəkləri xeyirdənsə, kor hiddətə və qəzəbə söykənmiş avantüranı seçmiş duruma düşdülər. Yəni məlum “parlament terroru” və bununla Koçaryan-Sarkisyan ikilisinin hakimiyyəti ələ keçirməsi ölkəni dünyadan təcrid halına gətirdi. Əlbəttə, vəziyyətin qlobal nəticələri də oldu. Belə ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasi xətt nəticəsində əvvəldə haqqında söz açdığımız Qərb kapitalının axını yalnız Azərbaycanla və qismən ürcüstanla məhdudlaşmaq məcburiyyətində qaldı. Yekunda Cənubi Qafqaz bütöv orqanizmə çevrilmədi.
***
Azərbaycan əməli fəaliyyəti ilə sübut etdi ki, bölgədə hansı qüvvələrin hansı maraqlar naminə maddi və mənəvi yatırım etməsinə baxmayaraq, dövlətin və xalqın mənafelərini qorumaq mümkündür. Tam əminliklə demək olar ki, Qərb kapitalı ölkəmizi asılı duruma gətirmədi. Ermənistan isə ötən müddətdə həm böyük dividend vəd edən regional əməkdaşlıqdan məhrum oldu, həm də forposta çevrildi. Ölkə hansı dövlətdən asılı hala düşdü, bunu hər kəs yaxşı bilir.
Ermənistanda 2018-ci il inqilabı və sonra yaşananlar, o cümlədən ölkənin günlük müharibədəki acınacaqlı məğlubiyyəti, rəsmi İrəvanın savaş sonrası nataraz, qeyri-adekvat hərəkət və davranışları da hər kəsin yaxşı xatirindədir. Əsas olan isə əvvəldə vurğuladığımızdır. Yəni Azərbaycan və Ermənistanın sülh yoluna çıxmaları. Budur, dünən iki ölkə arasında münaqişə məntiqini vurğulayan ATƏT-in Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı. Deməli, Cənubi Qafqazda konflikt məntiqə söykənmiş digər mənfi spektrlərin sıradan çıxmasına ümid var.
Ümid yaradan hadisə isə bu il avqustun 8-də Vaşinqtonda yaşandı. Həmin gün ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə” imzalandı. Məlum olduğu kimi, sənəddə Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”ndan söz açılır və rəsmi İrəvanın bağlantı layihəsi üçün çərçivənin müəyyənləşməsi məqsədilə Birləşmiş Ştatlar və üçüncü tərəflər ilə əməkdaşlığı nəzərdə tutulur.
O da məlumdur ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” mahiyyətcə Azərbaycanın günlük müharibədən sonra irəli sürdüyü Zəngəzur dəhlizi layihəsidir. Bu layihənin qlobal dünya üçün hansı böyük əhəmiyyət daşıması barədə çox söz açıldığından məsələnin üzərində dayanmağa ehtiyac duymuruq. Yalnız bir vacib qənaətimizi bölüşək ki, sözügedən marşrut Qərbin, bütövlükdə dünyanın 1-cü ildən sonra Cənubi Qafqaza ikinci böyük gəlişidir. Söhbət 1-cu ildə Ermənistandakı “parlament terroru” ilə qarşısı alınmış gəlişdən gedir. üman edirik, bu yerdə diqqətli oxucularımız nə üçün başlanğıcda indiyədək əldə olunmuşların bir andaca sıradan çıxma təhlükəsini vurğuladığımızın səbəbini bildilər.
***
Sonda yekun nəticəyə gələrək bildirək ki, tarixin təkrarlanma ehtimalı sülh və regional inkişaf üçün ən böyük təhlükədir. Yəni, indi hər şey, böyük ölçüdə, Ermənistandan asılıdır. Əlavə şərh vermək niyyətində deyilik. Hər halda, Bakı-İrəvan münasibətlərinin ozamankı pozitiv axarına maneçilik törədən 1-cu ilin “parlament terroru”nun hansı qüvvələrin əli ilə törədildiyi də, hazırda Ermənistanı qarışdırmaq üçün dəridən-qabıqdan çıxanların hara xidmət etdikləri də gün kimi aydındır. Deməli, qalır tarixin təkrarlanmasının qarşısını almaq, buna yol verməmək. Ən böyük suallar isə budur: indiki Ermənistan rəhbərliyi möhkəm olub hakimiyyətdə qala biləcəkmi Bu hakimiyyət erməni varlığı üçün, az qala, pataloji xəstəlik halına gəlmiş terror mahiyyətindən sığortalanmağı bacaracaqmı mumən isə rəsmİ İrəvan tutduğu yola sadiq qalacaqmı?
Ə.CAHANGİROĞLU
XQ