Bioloji Müxtəlifliyin Qorunması Xidməti və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Altıağac Milli Parkının yaranmasının 21 illiyi münasibətilə tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə 50-dən artıq gənc iştirak edib. Proqram çərçivəsində iştirakçılar həm ekoloji, həm də psixoloji baxımdan zəngin təcrübə qazanıblar. Onlar yoqa, gestalt məşqləri, art-terapiya, eləcə də beynəlxalq təcrübəyə əsaslanan meşədə terapevtik gəzinti (Shinrin-yoku) sessiyalarında iştirak ediblər.
Bu fəaliyyətlər gənclərə təbiətlə daha dərin bağ qurmaq, duyğularını anlamaq və daxili harmoniyanı bərpa etmək imkanı verib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Müşfiq Mirzə
XQ