AZ

Avqustda zəhərlənmədən 4 nəfər ölüb

Avqustda  Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə ümumilikdə 94 nəfər qəbul edilib. Bu barədə  KTM-in mətbuat xidməti məlumat yayıb. 

Zəhərlənmə hallarının əsas səbəbləri aşağıdakı kimi qeydə alınıb:

37 nəfər — sirkə turşusu,

30 nəfər — dərman preparatları,

13 nəfər — ilan sancması,

7 nəfər — allergik reaksiya,

5 nəfər — həlledici məhlullar,

2 nəfər — botulizm.

Tibbi müdaxilələrə baxmayaraq, 4 nəfərin — 2 qadın və 2 kişinin — həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının hamısı sirkə turşusu ilə zəhərlənmə nəticəsində baş verib.

Gülnar 

Seçilən
109
1
anews.az

2Mənbələr