AZ

"Difai"nin yeni baş məşqçisi sələfindən halallıq aldı - "Sağ olsun, komandanı gücü çatan qədər komplektləşdirib"

I Liqa klibu "Difai"nin yeni baş məşqçisi Hüseynqulu Quliyev sabiq həmkarı Araz Bağırova zəng vuraraq halallıq alıb.

Bunu Fanat.Az-a açıqlamasında 53 yaşlı mütəxəssis özü deyib:

"Komandaya dəvət alandan sonra Araz müəllimlə əlaqə saxlayıb hallallıq istədim. Az müddət çalışsa da, heyətin komplektləşməsində zəhmət çəkib. Sağ olsun, komandanı gücü çatan qədər komplektləşdirib. Biz həmkarıq, münasibətimiz, bir-birimizə olan hörmət əvvəlki qaydada davam edir. Xasiyyətimi bilirsiz, həmişə həmkarlarımın əməyinə hörmətlə yanaşmışam".

Xatırladaq ki, "Difai" bir müddət öncə bu yay baş məşqçi postuna gətirilən Araz Bağırovla əməkdaşlığa son qoyub. Bağırovun istefası sınaq qarşılaşmasında "Səbail"dən aldıqları 2:7 hesablı yenilgidən sonra reallaşıb. Onun yerini Hüseynqulu Quliyev tutub.

Mirağa

Seçilən
9
1
fanat.az

2Mənbələr