AZ

Prezident İlham Əliyev Tiencin şəhərində “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

“China National Chemical Engineering” şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.

DOĞRU.AZ

image-1756799532588631935_1200x630image-17567995324732642112_1200x630 image-17567995324938856451_1200x630 image-17567995324173841251_1200x630

Seçilən
49
49
dogru.az

10Mənbələr