AZ

Yeni dərs ili üçün dərsliklərin paylanmasına başlanıldı

BAKI, 2 sentyabr. TELEQRAF

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılmasına başlanılır.

Bu barədə Teleqraf-a idarədən məlumat verilib.

Bildirilib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 10-dək davam edəcək.

Şagirdlərdən və onların valideynlərindən 01-10 sentyabr tarixlərində müvafiq dövlət ümumi təhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 1034 adda 369 428 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.

Seçilən
21
3
teleqraf.com

4Mənbələr