AZ

Fransada hava nəqliyyatı nəzarətçiləri tətil edəcəklər

Paris, 2 sentyabr, AZƏRTAC

Fransada hava nəqliyyatı nəzarətçilərinin əsas həmkarlar ittifaqı olan SNCTA sentyabrın 18-i üçün tətil elan edib. Tətilin həmin gün səhər başlaması və növbəti gün gecə saatlarınadək davam etməsi plnalaşdırılır.

AZƏRTAC xəbər verir ki, SNCTA-nın rəsmi saytında dərc olunan bəyanatda tətilin səbəbləri açıqlanıb. Təşkilat bu addımı sosial dialoqun uğursuzluğu ilə əsaslandırıb. SNCTA 2024-cü ilin əməkhaqlarının inflyasiya nəzərə alınaraq ödənilməsini, eləcə də idarəetmə modelində dəyişikliklər olunmasını tələb edib.

Qeyd edək ki, Fransada hava nəqliyyatı nəzarətçiləri bu ilin iyul ayında aksiya keçirib. Həmin vaxt öıkədə 3 min uçuş ləğv olunub.

Seçilən
60
4
azertag.az

5Mənbələr