AZ

DGK-nın büdcəyə transfertləri 8 ayda 4,16 milyard manat təşkil edib

2025-ci ilin səkkiz ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 milyard 160,6 milyon manat daxil olub ki, bu da ötən ilin  eyni dövrü ilə müqayisədə 5 % azalma deməkdir. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 Proqnoz göstəricisi 1,9 % səviyyəsində yerinə yetirilməyib. DGK-nın bu il üçün dövlət büdcəsinə nəzərdə tutulan transfert həcmi 6,6 milyard manatdır.

Beləliklə, 8 ay ərzində illik planın 63 %-i yerinə yetirilib.

DGK-nın daxilolmalar üzrə performansı son aylarda proqnozla müqayisədə aşağı tempdə davam edir. Maliyyə Nazirliyi ilin sonuna qədər plan göstəricilərinin yerinə yetirilməsini təmin etmək məqsədilə qiymətləndirmələri davam etdirir.

Gülnar 

Seçilən
99
1
anews.az

2Mənbələr